Kiyevdə uzun müddət duracaqda olan avtomobil partlayıb.
Oxu.Az “112 Ukraina”ya istinadən xəbər verir ki, insident Çernobılskaya küçəsində baş verib.
Hadisə nəticəsində dörd azyaşlı uşağın yaralandığı bildirilir. 5-11 yaşlarında olan uşaqlardan ikisi xəstəxanada ağır vəziyyətdədir.
Hadisə yerində olan polis müstəntiqləri və partlayıcı texnika üzrə mütəxəssislər insidentin səbəbini araşdırmağa çalışır.
F.M.
www.oxu.az