Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ukraynaya raket hücumu: 28 ölü, 100-dən çox yaralı
Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə raket hücumları nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
Bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko məlumat verib.
O, yaralıların sayının 112 nəfər olduğunu bildirib.
Bundan əlavə, 50-dən çox mülki obyektə, o cümlədən yaşayış binalarına, biznes mərkəzinə və iki tibb müəssisəsinə ziyan dəyib.
Mənbə: Unian
Ukrayna ərazisində Rusiyanın kütləvi hücumu nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko özünün "Telegram" kanalında məlumat verib.
"Hazırda Kiyevə hücum nəticəsində yeddi nəfərin öldüyü, 25 nəfərin yaralandığı məlumdur. Ərazidəki xidmətlərimiz insanları dağıntılar altından xilas üçün hər şeyi edirlər. Rusiya ordusu Dnepr, Krivoy Roq və Donetsk vilayətinə də hücum ediblər. Ümumilikdə, Ukraynaya səhər hücumu nəticəsində 20-yə yaxın adam ölüb, 50-yə yaxın adam yaralanıb", - deyə qurumdan vurğulanıb.
Rusiya silahlı qüvvələri bu gün paytaxt Kiyev də daxil, Ukraynanın müxtəlif şəhərlərinə, ümumilikdə 40-dan çox müxtəlif tipli raketlər atıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Facebook" səhifəsində məlumat verib.
Qeyd olunur ki, Rusiyanın hücumu nəticəsində yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib.
Ukrayna mətbuatı raket hücumları nəticəsində azı 15 nəfərin həlak olduğunu bildirir.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Putin xalqa müraciət etdi: "Rusiya qətiyyətli cavab verəcək"
- Mariya Zaxarova: "NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətlə nəticələnəcək"
- Ukrayna ilk dəfə NATO silahı ilə Rusiya ərazisinə hücum etdi: Bundan sonra nə olacaq?
- KİV: "Rusiyanın daxilinə "Storm Shadow" raketləri ilə ilk zərbə endirilib"
- Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Rəylər