Ukrayna DİN başçısının müşaviri Anton Geraşenko jurnalist Oles Buzinanın qətlə yetirilməsinini təsdiqləyib.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə öncə yerli KİV məlumat yaymışdı.
“Kürəyindən vurdular... 2 nəfər idi. Polisin məlumatına görə, o, bir neçə gün qabaq xəstəxanadan çıxmışdı. Hücum edənlər xarici nömrəli maşında idilər”, - “Sağ sektor”un rəhbərinin müavini Anna Demid öz Facebook səhifəsində yazmışdı.
Demidin məlumatına əsasən, jurnalist evinin yaxınlığında güllələnib.
www.oxu.az