Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kiyevdə vəziyyət nəzarətdən çıxır – Foto
Ukraynanın paytaxtı Kiyevdə dünən yerli vaxtla saat 18:00 radələrindən etibarən avrointeqrasiya tərəfdarları ilə polisin “Berkut” xüsusi təyinatlıları arasında qarşıdurma olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qarşıdurma paytaxtın mərkəzi küçələrində başlayıb.
Polis nümayişçiləri dağıtmaq üçün dəyənəkdən, qaz qumbarasından və su şırnaqlarından istifadə edib.
Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir.
Məlumata görə, axşam saatlarında Ukraynanın müxalifət liderlərinin Maydanda çıxışları başlayan zaman da insident yaranıb, onlara naməlum şəxslər tərəfindən hücum olub.
“UDAR” Partiyasının lideri Vitali Kliçko çıxışı zamanı aksiyalarda hökumət tərəfindən qarşıdurmanın yaradılması ilə bağlı təxribat olacağı barədə xəbərlər aldığını deyib və etirazçıları təxribata getməməyə çağırıb. O, çıxışını bitirib tribunadan enəndə hücuma məruz qalıb. Onun tərəfdarları ilə hücum edənlər arasında əlbəyaxa dava düşüb.
V.Kliçkonun və digər müxalif liderlərlərinin yüngül xəsarət aldığı da bildirilir.
Kiyevdə xüsusi təhlükəsizlik tədbirləri görülüb, Nazirlər Kabineti, Ali Rada və Prezident Administrasiyası xüsusi təyinatlılar tərəfindən ciddi nəzarətə götürülüb.
"Ukrayna" teqi üzrə xəbərlər
- Zelenski: "ABŞ ilə resurslar sazişinin imzalanması barədə danışmaq hələ tezdir"
- Fransa və İngiltərə Ukraynaya hərbi heyət göndərəcəklər
- Ramil Ağabəyov Zelenskinin partiyasında vəzifəyə seçildi
- Zaxarova: "Rusiya Ukraynada Qərbin "sülhməramlıları"nın yerləşdirilməsinin qəti əleyhinədir"
- Avropanın Ukrayna ilə planları məlum olub: Hansı ərazilərdə qoşun yerləşdirəcək?