Ukraynanın paytaxtı Kiyev şəhərində müxtəlif millətləri təmsil edən təşkilatların iştirakı ilə azərbaycanlıların ümumxalq faciəsi olan 20 Yanvar hadisələrinin 24-cü ildönümü qeyd olunub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, bununla bağlı bu gün Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB), Ukrayna Millətlər Assambleyası, Ukrayna Yəhudi Fondu, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzi, o cümlədən Ukraynada fəaliyyət göstərən digər bir sıra xalqların diaspora təşkilatları ilə birgə konfrans keçirilib.
Konfransda 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edən BUAK-ın sədri Rövşən Tağıyev 24 il əvvəl totalitar Sovet imperiyasının Bakıda və Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə qarşı həyata keçirdiyi kütləvi qırğınlar haqqında ətraflı məlumat verib.
1990-cı ildə baş verən 20 Yanvar hadisəsini müstəqil Azərbaycan dövlətinin qəhrəmanlıq salnaməsi adlandıran R.Tağıyev qəhrəman oğul və qızlarımızın qanı bahasına əldə olunmuş müstəqil Azərbaycan dövlətinin inkişaf edərək dünyanın ən aparıcı ölkələri arasında öz layiqli yerini tutmasından bütün azərbaycanlılarla yanaşı Ukraynadakı azərbaycanlıların da qürur duyduğunu bildirib.
20 Yanvar faciəsinin totalitar Sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi ən dəhşətli cinayətlərdən biri olduğunu söyləyən Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov, Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Rafiq Novruzov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Ukrayna Yəhudi Fondunun prezidenti Arkadi Manastrkski, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzinin prezidenti Pyotr Şarafetdinov və digər xalqların diaspora rəhbərləri 20 Yanvar faciəsindən 24 il ötməsinə baxmayaraq bu qanlı cinayətdə birbaşa əli olan Mixayil Qorbaçov və o vaxtkı Sovet rəhbərliyinin beynəlxalq məhkəmə qarşısında cavab vermələrinin vacibliyini bildiriblər.
Və bununla bağlı Ukrayna Millətlər Assambleyası adından beynəlxalq təşkilatlara müraciət qəbul olunduğunu vurğulayıblar.
Dünya Birliyini və Beynəlxalq təşkilatları indiyədək bu qanlı faciəyə hüquqi siyasi qiymət verməməkdə ittiham edən natiqlər, bunun əvəzinə Qorbaçov kimi qatı bir cinayətkara nobel mükafatının verilməsini tarixi saxtakarlıq və ədalətsizlik kimi səciyyələndiriblər. Konfransda Azərbaycan xalqının şan və şərəf tarixi olan 20 Yanvar hadisələrinin dünya durduqca qəhrəmanlıq təcəssümü kimi xatırlanacağı, müstəqilliyimiz uğrunda canlarından keçən şəhid oğul və qızlarımızın xatirələrinin isə daima əziz tutulacağı qeyd edilib.