Hakim "Gürcü arzusu" Partiyası keçirilən yerli seçkidə birinci turda qalib gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə partiyanın rəsmi "Facebook" səhifəsində yayılan açıqlamada qeyd olunur:
"Gürcü Arzusu bütün bələdiyyələrdə ilk turda seçkilərdə qalib gəldi. Dörddə başladıq, dörddə bitirdik".
Partiya rəhbərliyi seçkilərin nəticəsini xalqın hakim partiyaya olan etimadının göstəricisi kimi qiymətləndirib və Gürcüstanın sabitlik və inkişaf yolunda irəliləməyə davam edəcəyini bildirib.
Bütün bələdiyyələrdə nəticələrin 70 faizdən çoxu "Gürcü Arzusu"nun lehinədir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə partiyanın sədri, Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
Baş nazir seçicilərə göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacaqlarına söz verib.