Avropa İttifaqının genişləndirilmiş qara siyahısında “Luqansk Xalq Respublikası”nın azərbaycanlı “prokuroru” Zaur İsmayılov da var.
Sanksiyalar aktivlərin dondurulması və vizanın verilməsinə qadağanı nəzərdə tutur.
12:17
Avropa İttifaqı sanksiyaların tətbiq olunacaq rusların siyahısını genişləndirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, siyahıya Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov, müğənni İosif Kobzon, Kommunist Partiyasından olan Dövlət Dumasının deputatı Valeri Raşkin və daha iki rus düşüb.
Siyahıya həmçinin Ukraynanın şərqinin 14 sakini və separatçıların doqquz bölməsi daxil edilib.