Konstitusiya quruluşunu devirməkdə ittiham olunan Ermənistanın sabiq prezidenti Robert Koçaryan 1 mart 2008-ci il tarixində etiraz aksiyalarının dağıdılmasına dair açılan cinayət işi üzrə ifadə verməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan bildirib.
“Cənab Koçaryan ifadə verməkdən imtina etdi, digər istintaq hərəkətlərində iştirak etmədi və istintaq aparılan otağı tərk etdi”, - Xaçatryan Ermənistanın İctimai Televiziyasının efirində deyib.
Xüsusi İstintaq Xidməti iyulun 26-da Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürüb.
Bir gün sonra isə o, 2 ay müddətinə həbs edilib.
Rəylər