Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Koçaryana yeni ittiham irəli sürüldü
Ermənistanın sabiq prezidenti Robert Koçaryan iri məbləğdə rüşvət almaqda ittiham olunur.
RİA “Novosti”nin məlumatına görə, bunu Koçaryanın vəkilləri bildiriblər.
Qeyd olunur ki, bu gün Xüsusi İstintaq Xidməti R. Koçaryana yeni ittiham irəli sürüb. Ölkənin konstitusiya quruluşunun dəyişdirilməsində günahlandırılan sabiq prezident indi də xüsusi ilə iri məbləğdə rüşvət almaqda ittiham olunur.
Xatırladaq ki, yanvarın 18-də Yerevan məhkəməsi sabiq prezidenti girov müqabilində azadlığa buraxmaqdan imtina edib. Məhkəmənin qərarı ilə R. Koçaryanın həbs müddəti daha iki ay uzadılıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər