Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Koçaryanın evində axtarışlar
2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı açılan cinayət işi çərçivəsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın malikanəsində və ofisində axtarışlar aparılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistan” Xüsusi İstintaq Xidmətinə istinadla məlumat yayıb.
Axtarışların dəqiq vaxtı məlum olmasa da, onun bir neçə gün öncə baş tutduğu bildirilib. İstintaqın aparılması səbəbindən araşdırmanın nəticələri açıqlanmır.
Robert Koçaryan iyulun sonunda həbs edilib, avqustun 13-də isə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. O, 2008-ci ildə ölkədə konstitusiya rejiminin devrilməsində ittiham olunur.
Rəylər