Ermənistan Milli təhlükəsizlik xidmətinin əməkdaşlarının polislə birgə keçirdiyi əməliyyat nəticəsində ölkənin sabiq prezidenti Robert Köçəryanın evinə qumbara atan 32 yaşlı Ovanes Muradyan saxlanılıb.
Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan bildirib.
Onun sözlərinə görə, 1984-cü il təvəllüdlü kişi öz mənzilində tutulub.
Həbs edilən şəxs günahını etiraf edib. Hazırda istintaq tədbirləri davam etdirilir.