Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kolumbiya prezidentini öldürmək istəyən narkokartel başçısı məhv edildi
Kolumbiya Silahlı Qüvvələri polislə birgə ölkə Prezidenti Qustavo Petroya sui-qəsd hazırlayan "Körfəz klanı" narkokartelinin başçılarından birini məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə Kolumbiyanın Müdafiə Nazirliyi "X" sosial şəbəkə səhifəsində məlumat yayıb.
"Söhbət "Körfəz klanı"nın bölmələrindən birinin ləqəbi Omar və ya Nino olan, 25 illik cinayətkar təcrübəyə malik başçısından gedir", - deyə məlumatda bildirilir.
Məlumata əsasən, 2024-cü ildə Petronun Çoko departamentinə səfəri zamanı ona sui-qəsd təşkil etmək planlaşdırılıb.
"Kolumbiya" teqi üzrə xəbərlər
- Kolumbiyanın keçmiş naziri Prezident Qustavo Petronu narkomaniyada ittiham etdi
- Kolumbiyada epidemiya: Fövqəladə vəziyyət elan edildi
- Tramp: "Nyu-York və Vaşinqton məhkəmələrində korrupsiya və radikallıqda birinci yeri tutur"
- Kolumbiyanın qərbində cinayətkarlar 29 polis əməkdaşını oğurlayıblar
- Keçmiş olimpiyaçı narkotik ticarətinə görə FTB-nin siyahısına düşdü
Ən çox oxunanlar