Kolumbiyanın HHQ (Hərbi hava qüvvələri) təyyarəsi iyulun 31-də Sesar departamentində qəzaya uğrayıb, 12 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə ölkə prezidenti Xuan Manuel Santos bildirib, İTAR-TASS xəbər verib.
“HHQ-nin 12 qəhrəmanının həlak olduğu aviaqəzaya görə kədərlənirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - dövlət başçısı bəyan edib.
Onun sözlərinə görə, hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması faktını Kolumbiya Mülki Aviasiya İdarəsi təsdiqləyib. Bort FAC 261 qeydiyyat nömrəsinə görə tanınıb.
“El Colombiano” qəzetinin dəqiqləşdirdiyinə görə, təyyarə havada alışıb, üç hissəyə bölünərək yerə düşüb.
Qəza yerinə hərbi hissələr gəlib.
E.Ə.
www.oxu.az