Kolumbiyanın qərbindəki Pereyra şəhərində şiddətli yağışlardan sonra meydana gələn torpaq sürüşməsi yeddi nəfərin ölümü, 29 nəfərinsə yaralanması ilə nəticələnib.
Bu barədə Risklərin İdarə Edilməsi üzrə Milli İdarə (SNGRD) məlumat yayıb.
Məlumata görə, sürüşmə bir neçə yaşayış evini əhatə edib.
Yerli mediada yayılan xəbərlərə görə, daha iki nəfər itkin düşüb.
Mənbə: “RİA Novosti”