Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Komor adaları Qətərlə diplomatik əlaqələri kəsib
Hind okeanındakı ada-dövlət Komor adaları bir sıra ərəb ölkələrinin ardınca Qətərlə diplomatik əlaqələrin kəsildiyini elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Komor adaları Qətərin Moronidəki səfirliyinə diplomatik əlaqələrin kəsilməsinə dair xəbərdarlıq ediblər. Bu qərar çərşənbə günü qüvvəyə minir.
Bazar ertəsi Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək, Qətərlə diplomatik əlaqələrin kəsildiyi bildirib. Daha sonra bu dövlətlərə Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv və Mavriki də qoşulub. İordaniya Dohada diplomatik nümayəndəliyinin fəaliyyət səviyyəsinin azaldığını bəyan edib. Qətərin DİN rəhbəri Dohanın cavab addımları atmayacağını deyib.
N.О.