Konkisürmə üzrə dünya ulduzu Denis Ten bıçaqlanaraq, qətlə yetirilib.
Oxu.Az “Tengrinews”a istinadla xəbər verir ki, fiqur ustasına avtomobil oğruları hücum edib.
İnsident Almatıda baş verib.
“Denis Ten avtomobil oğurlamağa çalışan şəxsləri hadisə yerində tutub. Bu zaman onlar arasında mübahisə düşüb və oğrular fiquristi bıçaqlayıb.
Faktla bağlı araşdırmalar başlanılıb, cinayətkarların şəxsiyyətinin müəyyənləşdirilməsi və saxlanılması üçün tədbirlər görülür”, - Almatı polis idarəsinin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, qazaxıstanlı fiqur ustası təklikdə çıxış edib. Qazaxıstan Respublikasında idman ustası adını alıb və 2014-cü ildə keçirilən Qış Olimpiya oyunlarında bürünc medal qazanıb.
Ə.Ş.
www.oxu.az