Konqo Demokratik Respublikasında (KDR) laboratoriyada təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son 24 saatda 32 nəfər artaraq 1830-a çatıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu məlumatlar ölkənin Rabitə və KİV İşləri Nazirliyinin gündəlik bülletenində göstərilib.
Məlumata görə, Eboladan ölənlərin sayı 648 nəfər təşkil edir ki, bu da əvvəlki gündən 23 nəfər çoxdur. Ölüm göstəricisi 35.4%-dir.
Xəstəxanalarda və tibbi izolyatorlarda Ebola ilə bağlı müşahidə altında olan xəstələrin sayı son 24 saatda 16 nəfər artaraq 780-ə çatıb. Təmasların izlənməsi göstəricisi 78.1% təşkil edir.
Cənubi Kivu əyalətində ardıcıl 42-ci gündür ki, yeni təsdiqlənmiş Ebolaya yoluxma halı barədə məlumat yoxdur və bu da orada mövcud epidemiyanın sona çatması iddialarını artırır.
Qeyd edək ki, Ebola epidemiyası mayın 15-də Konqonun şərqində və Uqandada başlayıb. Episentr Konqonun İturi əyalətindədir.