Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən qəsəbədə "Müttəfiq Demokratik Qüvvələr" qruplaşmasının yaraqlıları tərəfindən azı 37 nəfər qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə RFI radiostansiyası Konqo ordusuna istinadən məlumat yayıb.
Radiostansiyanın bildirdiyinə görə, silahlılar Şimali Kivu əyalətinin Beni şəhəri yaxınlığındakı Kantine-Aloya yaşayış məntəqəsinə hücum ediblər. Onlar dinc sakinləri öldürüb, evləri qarət edərək yandırıblar. Yaraqlılara qarşı mübarizə aparmaq və təhlükəsizliyi təmin etmək məqsədilə bölgəyə əlavə ordu bölmələri cəlb olunub.