Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Konqoda konsert zamanı izdiham: Ölənlər var
Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada məşhur qospel müğənnisi Mayk Kalambainin konsertində baş vermiş basabas nəticəsində azı doqquz nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə KDR-in səhiyyə naziri Samuel Roce Kambanın sözlərinə istinadən "Actualite" xəbər portalı məlumat verib.
"Konsert zamanı baş vermiş basabasda doqquz nəfər həlak olub", - o bildirib.
Onun sözlərinə görə, "qurbanlar arasında səkkiz qadın, o cümlədən iki yaşlı qadın, habelə təxminən on yaşlı bir oğlan var:
"Onların əksəriyyətinin ölümü hava çatışmazlığı və boğulmadan qaynaqlanıb".
Nazir qeyd edib ki, hadisədə ölənlərlə yanaşı yaralananlar da olub.
Konsert əvvəlki gün Kinşasanın şimalında yerləşən "Stade des Martyrs" stadionunda keçirilib və əsasən xristian kilsələrinin üzvləri olan 30 mindən çox insanı bir araya gətirib.
"Konqo Demokratik Respublikası (KDR)" teqi üzrə xəbərlər
- Rumıniyada qalmaqal: DİN işçiləri Konqoda muzdlu hərbçilər kimi çalışıblar
- "Heineken" oğurluğa görə bir zavodunu bağladı
- Konqoda üsyançılar 300 min nəfər əhalisi olan adanı ələ keçirdilər
- Konqoda DƏHŞƏT: 160-dan çox qadına təcavüz edib diri-diri yandırdılar
- Konqoda üsyançılar daha bir şəhəri ələ keçirdilər