“İşgəncəyə yox” Britaniya hüquq mühafizə təşkilatı bəyan edib ki, Konqo Demokratik Respublikasında zorlama siyasi motiv üzrə həbs olunan qadınlara tətbiq olunan standart təzyiq üsuludur.
Oxu.Az BBC Russian-a istinadən xəbər verir ki, tibb işçilərinin məlumatlarına əsaslanan hüquq mühafizəçiləri müayinə edilən qadınların yarısının qrup şəklində, bəzi hallarda isə 10 kişinin iştirakı ilə zorlanmaya məruz qaldığını söyləyiblər.
Britaniya fəalları 18 yaşından 62 yaşına qədər olan 30 qadının tibbi məlumatlarını təhlil ediblər, onların əksəriyyəti siyasi və hüquq mühafizə kampaniyalarında iştirak edənlər və ya siyasi fəaliyyətlə məşğul olanların qohumlarıdır.
Təşkilat Konqo DR hakimiyyətini BMT-nin işgəncə və digər qəddar və ya qürura toxunan münasibət və cəza üsullarından imtina etməyə çağırıb.