Sosial şəbəkələrdə Kapitoli yaxınlığında minalanmış avtomobilin sürücüsünün görüntüsü yayılıb.
“RİA Novosti” xəbər verir ki, onun adı Rey Rosberridir.
O, özünün “Facebook” hesabından canlı yayım açaraq avtomobilindəki bombanı partlatmaqla hədələyib.
Polisdən Rosberrinin artıq saxlanıldığı, onun şizofreniyadan əziyyət çəkdiyi bildirilib.
19:31
ABŞ-da Kapitoli polisi Konqres kitabxanası yaxınlığında yük maşınına bomba quraşdırılması barədə məlumatları araşdırır.
Bu barədə polisin “Twitter” səhifəsi məlumat yayıb.
Bildirilib ki, ölkə parlamenti ətrafındakı bir neçə məhəllə mühasirəyə alınıb, ərazidəki insanlar təxliyə edilib. Əhaliyə Konqresə yaxın rayonlardan kənar durmaq tövsiyyə olunub.
Hadisənin təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, Konqres kitabxanası ölkənin parlament və ali məhkəmə binalarının bilavasitə yaxınlığında yerləşir.
MEDIA ALERT: This is an active bomb threat investigation. The staging area for journalists covering this situation is at Constitution and First Street, NW for your safety.
— U.S. Capitol Police (@CapitolPolice) August 19, 2021
Please continue to avoid the area around the Library of Congress. pic.twitter.com/jTNVaBmVwR