Bakı 2015 ilk Avropa Oyunlarına geriyə sayımın başlanması münasibətilə iyunun 12-də təntənəli tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, gələn il keçiriləcək Birinci Avropa Oyunlarının şərəfinə təşkil edilmiş tədbirlərdə iştirak etmək üçün Rusiya İctimai Televiziyasının (ORT) rəhbəri Konstantin Ernest də Azərbaycana gəlib.
“Buta” sarayında Avropa Olimpiadası ilə bağlı keçirilən təntənəli mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib.
Qeyd edək ki, Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək.
Nərmin Kazımova
www.oxu.az