Koronavirusa qarşı tədbirlər çərçivəsində məhdudiyyətlər fonunda pensiyaçılar trolleybusdan kobud şəkildə çıxarılıb. Bununla bağlı sosial şəbəkələrdə yayımlanan kadrlar istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.
Ukraina.ru-nun məlumatına görə, hadisə Ukraynanın Sumı vilayətində baş verib.
Videodan görünür ki, yaşlı insanlar nəqliyyat vasitəsinə daxil olmağa çalışırlar, lakin konduktor və sərnişinlər onlara imkan vermirlər. Nəticədə, pensiyaçılar trolleybusdan itələnərək çıxarılırlar.
Qeyd edək ki, Ukraynada karantin fonunda məhdudiyyətlər çərçivəsində trolleybus və tramvaylarda 20-yə qədər, marşrut avtobuslarında isə 10-a qədər insanın olmasına izn verilir.