Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Koronavirusdan qorunmaq üçün dezinfeksiyaedici vasitəni içdi və…
Koronavirusa yoluxmaqdan qorxan kişi radikal üsulla özünü müdafiə etmək istəyib: əllər üçün dezinfeksiyaedici vasitəni içib.
Bu barədə Kp.ru Səhiyyə Nazirliyindəki mənbəyə istinadla xəbər yayıb.
Hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.
Kişi dərhal xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilib.
“O, koronavirusa yoluxmaqdan çox qorxub və düşünüb ki, əllər üçün dezinfeksiyaedici vasitəni içməklə özünü qoruya bilər. Bunu heç bir halda etmək olmaz”, - deyə mənbə bildirilib.
Həkimlərin bütün səylərinə baxmayaraq, kişinin həyatını xilas etmək mümkün olmayıb. O, komadan ayılmadan ölüb.
Polis araşdırmaya başlayıb.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Sertifikasiyadan keçməyib, texniki universiteti bitirən Nigar Rüfət necə həkim olub?
- Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət etdi
- Azərbaycanda süni intellekt tibbin hansı sahəsində tətbiq olunur? - Nazir açıqladı
- Səhiyyə Nazirliyi bütün tibb müəssisələrinə MƏKTUB göndərib
- Teymur Musayevdən plastik cərrahlarla bağlı AÇIQLAMA