Aprelin 8-nə keçən gecə SSRİ kosmonavtı, iki dəfə Sovet İttifaqı qəhrəmanı Georgi Qreçko vəfat edib.
Oxu.Az “Kosmonavtika Xəbərləri” portalına istinadən xəbər verir ki, Qreçko 85 yaşında dünyasını dəyişib.
Georgi Mixayloviç Qreçko 25 may 1931-ci il tarixdə Sankt-Peterburq şəhərində anadan olub. Üç dəfə kosmosa uçub, bir dəfə açıq kosmosa çıxış edib.
S.B.
www.oxu.az