Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kosovo ərazisinin bir hissəsini Serbiyaya verir
Kosovo Priştina ilə Belqrad arasında yekun sülh sazişinin bağlanması müqabilində ərazisinin bir hissəsini Serbiyaya güzəştə gedəcək.
“Gazeta Express”in məlumatına görə, bu barədə Kosovonun hökumət başçısı Haşim Taçi Vaşintqonda Beynəlxalq əlaqələr üzrə Şurada keçirilən debatda bildirib.
“Yekun sülh sazişinin qəbul olunması üçün sərhədlərdə cüzi dəyişikliyin aparılması lazım gəlirsə, bu, məqbul olmalıdır”, - deyə Taçi bildirib.
Onun sözlərinə görə, strateji əhəmiyyət kəsb edən ərazilər və obyektlərin qarşı tərəfə təhvil verilməsi nəzərdə tutulmur. Taçi buna Qazivod su anbarını, Kosovska-Mitrovitsa şəhərini və şəhərin yaxınlığında yerləşən “Trepça” sənaye kompleksini misal göstərib.
“Kosovo və Serbiya arasında razılaşmanın əldə olunması prosesi heç də asan olmayacaq. Ancaq bu, gərginlik və münaqişənin qayıtmaması üçün yeganə çıxış yoludur”, - deyə Taçi vurğulayıb.
Rəylər