Sərbəst hərəkət edə bilməyən layner yerindən tərpənib – daha doğrusu xüsusi beton və poladdan olan platformadan ayrılıb. Onu suyun altında xüsusi olaraq, gəmi tarazlanma prosesində gəminin çevrilməməsi üçün tikiblər.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, indi “Konkordiya”nı suyun üzündə hər iki tərəfdən sponsonlar saxlayır.
Gəminin buksir prosesi bir həftədən sonra başlayacaq: onu Genuyaya aparıb hissələrə ayıracaqlar.
Bütün bu əməliyyat 11,5 milyard avroya başa gələcək.
“Gəminin platformadan burnu və gövdəsi ayrılıb; indi o platforma üzərində təxminən bir metr qalxıb”, - əməliyyatın rəhbəri deyib.
“Kosta Konkordiya” artıq 20 aydan çox idi ki, Cilyo adasının rifləri üzərində dayanmışdı. Yerli sakinlər dəniz mənzərəsini örtən bu üç yüz metrlik konstruksiyanın sökülməsini səbirsizliklə gözləyirlər.
“Biz ümid edirik ki, hər şey yaxşı olacaq və onlar bu insan acizliyinin nümunəsini buradan nəhayət ki, götürəcəklər”.
“Kosta Konkordiya” 2012-ci ilin yanvar ayının 13-də italyan adası Cilyonun yaxınlığında riflərlə toqquşub.
Gəmi qəzasının qurbanları 32 nəfər olub.
Kapitan Francesko Skettino gəmi idarəçiliyində qaydaları pozmaqda ittiham edilib.