Səudi Ərəbistanının kralı Salman Mərakeşdə keçirdiyi 1 ay ərzində 100 milyon dollardan çox pul xərcləyib
Oxu.Az xarici mətbuata istinadən məlumat verir ki, kral istirahətini ölkənin şimal-qərbində yerləşən Tanjer şəhərində, 30 hektar ərazidə yerləşən şəxsi sarayında keçirib. Onu müşahidə edən 1000 nəfər yaxını üçün 200-dən artıq avtomobil icarəyə götürülüb.
Kralın 1 aylıq istirahəti Mərakeşin illik turizm gəlirlərinin 1,5 %-ni təşkil edib.
E.C.
www.oxu.az