Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov Kremlin, Rusiya Federasiyasının xarici siyasətinə dair alternativ mövqe tutan musiqiçilərin konsertlərini ləğv etməsi barədə məlumatı təkzib edib, Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir.
Siyasətçinin sözlərinə görə, artistlər çox zaman populyarlığın itirilməsini “qanlı rejim”lə əlaqələndirirlər, istənilən qalmaqal isə mətbuatda müzakirəyə, nəticədə isə xeyir gətirir.
İvanov açıqlama verib ki, Kreml heç kimə “zəng etmir” və konsertləri ləğv etməyi tələb etmir.
Qeyd edək ki, Bakıda və Permdə rusiyalı musiqiçi Andrey Makareviç “Kreolsk tanqo orkestri” ilə bərabər çıxış edəcəkdi, amma konsertlər gözlənilmədən ləğv edildi.