"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İranın yeni ali lideri Müctəba Xamenei ilə təmaslara açıqdır".
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində bildirib.
Bununla yanaşı, Kremlin rəsmi nümayəndəsi vurğulayıb ki, hələlik bu məsələ ilə bağlı İran tərəfi ilə hər hansı konkret razılaşma yoxdur.
Qeyd edək ki, iyulun 18-də İran daxilindəki mənbələrdən agentliyə daxil olan məlumata görə, Xameneinin ilk xarici təması Vladimir Putinlə telefon zəngi və ya üz-üzə görüş formatında baş tuta bilər. Həmçinin, ali liderin Amerika Birləşmiş Ştatları və İsraillə hərbi münaqişə davam etdiyi müddətdə ictimaiyyət qarşısına çıxmayacağı bildirilir.