Fransanın sabiq Maliyyə naziri Kristin Laqard növbəti beş il müddətində də Beynəlxalq Valyuta Fonduna rəhbərlik edəcək.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Fondun 24 üzvdən ibarət icraçı heyəti qərarı bu gün keçirilən iclasda verib.
Xatırladaq ki, 60 yaşlı Laqard 75 ilə yaxındır fəaliyyət göstərən Beynəlxalq Valyuta Fondunun ilk qadın rəhbəridir.