Hantavirusun yayıldığı "MV Hondius" gəmisindən insanlar Kanar adalarında təxliyə ediliblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın səhiyyə naziri Monika Qarsiya məlumat verib.
Onun sözlərinə görə, gəmidən 19 ölkədən olan 94 nəfər endirilib.
Daha əvvəl layner Tenerife limanında lövbər salıb. İspaniya hakimiyyəti sərnişinlərin təxliyəsi üçün xüsusi protokol hazırlayıb.
Son repatriasiya reysinin mayın 11-də həyata keçirilməsi planlaşdırılır.
Məlumata görə, təxliyə başa çatdıqdan sonra gəmi təxminən 30 heyət üzvü ilə birlikdə dezinfeksiya üçün Niderlanda göndəriləcək.
Ümumilikdə gəmidə səkkiz nəfərdə hantavirus aşkarlanıb. Üç sərnişin ölüb, bir nəfər isə Yohannesburqdakı xəstəxanada ağır vəziyyətdə qalır.
"Göyərtəsində hantavirus infeksiyasının yayıldığı "MV Hondius" kruiz gəmisindən sərnişinlərin təxliyəsi üzrə sonuncu reysin mayın 11-də həyata keçirilməsi nəzərdə tutulur".
Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın səhiyyə naziri Monika Qarsiya mətbuat nümayəndələrinə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, hazırda bütün sərnişinlərdə xəstəlik simptomsuz keçir. Onun sözlərinə görə, gəmini ilk olaraq onlar üçün xüsusi təyyarə ayrılmış İspaniya vətəndaşları tərk edəcəklər. Daha sonra Niderland sakinləri təxliyə olunacaqlar. Bu dövlət eyni zamanda Belçika, Almaniya, Yunanıstan vətəndaşlarını və gəmi heyətinin bir qismini də aparacaq.
İspaniyanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, artıq ilk qrup kruiz laynerini tərk etməyə başlayıb.