Küfrdə ittiham edilən və Pakistanın Ali Məhkəməsi tərəfindən bəraət qazanan xristian qadın Asiya Bibinin vəkili həyatını təhlükəyə atmamaq üçün ölkəni tərk edib.
Oxu.Az-ın verdiyi xəbərə görə, o, xaricə üz tutmasını Asiya Bibinin hüquqlarını bundan sonra da qorumaq niyyətində olması ilə izah edib.
Qadının azadlığa buraxılmasından sonra Pakistanı bürüyən kütləvi etiraz aksiyalarına son qoymaq üçün Bibinin ölkəni tərk etməsi qadağan olunub.
Qeyd edək ki, küfrdə ittiham edilən Asiya Bibi 8 il həbsdə keçirib.