Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Məhəmməd peyğəmbəri təhqir edən qadın edamdan canını qurtardı
Pakistan məhkəməsi 2010-cu ildə edama məhkum edilən Asiya Bibi adlı xristian qadına bəraət verib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Bibi Məhəmməd peyğəmbəri təhqir etməkdə ittiham olunurdu. O, 2010-cu ildə həbs edilib və barəsində edam cəzası çıxarılıb.
2009-cu ildə Bibi müsəlman qadınlarla birlikdə meyvə yığan zaman mübahisə yaşanıb. Müsəlman qadınlar onun su içdiyi qabdan istifadə etməsini günah adlandırıblar. Asiya isə buna cavabında peyğəmbəri təhqir edib.
Asiya kənd camaatı tərəfindən döyülən zaman günahını etiraf edib.
Edam cəzasını ləğv edən hakimlər bildiriblər ki, Asiya Bibinin günahkar olduğu sübut edilməyib.
Onların sözlərinə görə, iş uydurma sübutlar əsasında aparılıb. Qadın isə onu döyən kütlənin təzyiqi ilə bu əməli boynuna alıb.
Qeyd edək ki, dörd uşaq anası olan Asiya Bibi Pakistanda islam qanunları ilə edama məhkum edilən ilk qadın olub. Asiyanın işi Pencab vilayətinin qubernatoru Salman Taresin öldürülməsindən sonra daha böyük rezonans doğurub. Tares qadının bəraət almasını məhkəmədən istəmişdi.
M.A.
"Məhəmməd peyğəmbər (s.ə.s.)" teqi üzrə xəbərlər
- Rəngli fənərlər, ilahi oxuyan nağaraçılar - Ramazan müxtəlif mədəniyyətlərdə necə qeyd olunur?
- Məhəmməd Peyğəmbərin nəslindən olan şahzadənin misilsiz zümrüdü rekord qiymətə satıldı
- Pakistanda Məhəmməd peyğəmbəri təhqir edən çinliyə görə iki ölkə arasındakı yol bağlandı
- Hindistan siyasətçilərinin Məhəmməd peyğəmbərlə bağlı açıqlamaları ərəb ölkələrində hiddətlə qarşılanıb
- Hindistanda Məhəmməd peyğəmbəri təhqirə etiraz edən müsəlmanların evləri dağıdıldı - VİDEO