“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Co Baydenlə görüşündə müharibəni bitirmək üçün modelləri müzakirə etməyib”.
Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “RBC-Ukrayna”ya müsahibəsində deyib.
Bundan əvvəl “The Washington Post” qəzeti yazıb ki, Ukraynada müharibəni danışıqlar yolu ilə bitirmək üçün ABŞ-nin üç fərqli modeli var.
“Prezidentlər Bayden və Zelenski arasındakı danışıqlarda bu modellər müzakirə olunmayıb. ABŞ tərəfi heç bir model məsələsini qaldırmayıb”, - Kuleba vurğulayıb.
O qeyd edib:
“Bu, 100% səmərəli səfər idi, amma o həm prezidentin hazırlığı, həm Ukrayna diplomatiyası, həm də ABŞ-nin də bu səfərin 100% uğurlu olmasını istəməsi sayəsində belə oldu”.
Kulebanın sözlərinə görə, Ukraynanın mövqeyi mümkün qədər aydındır - sərhədlərinin beynəlxalq səviyyədə tanınması.
“Ukrayna torpağının bir kvadratsantimetri də diplomatik və ya hərbi güzəştlərin predmeti olmayacaq”, - Ukrayna XİN rəhbəri qeyd edib.