Suriya kürdlərinin özünümüdafiə qüvvələri (YPG) və Bəşər Əsəd hökuməti arasında Suriya ordusunun Afrinə daxil olması barədə razılıq əldə olunmasına dair məlumatlar həqiqətə uyğun deyil.
Oxu.Az-ın məlumatına görə, bunu Reuters agentliyinə YPG-nin nümayəndəsi bəyan edib.
“Heç bir razılaşma yoxdur. Biz yalnız Suriya ordusuna çağırış etmişik ki, gəlib sərhədləri müdafiə etsinlər”, deyə YPG nümayəndəsi qeyd edib.
Ötən gün kürd qrupları və Bəşər Əsəd hökuməti arasında Suriya ordusunun Afrinə daxil olması barədə razılığa gəldiyinə dair məlumatlar yayılıb.
A.M.
www.oxu.az