Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kuril səyahətçiləri Ebeko vulkanında tarixi anı lentə aldılar
"KURIL BAND" adlı səyahətçi qrupu tarixi bir hadisənin şahidi olub.
Belə ki, Ebeko vulkanında yeni aktiv krater əmələ gəlib və hazırda da buradan püskürmələr davam edir.
Bu barədə Oxu.Az "SakhalinMedia" agentliyinə istinadən bildirir.
Kraterin yaranması anını lentə alan səyahətçilər bununla bağlı videogörüntüləri öz sosial şəbəkələrində paylaşıblar.
"Yəni faktiki olaraq, bizim sevimli vulkanımızda hazırda iki aktiv krater var. Biz hələ də gördüklərimizdən şokdayıq", - deyə onlar qeyd ediblər.
Xatırladaq ki, hündürlüyü 1156 metr olan Ebeko vulkanı Şimali-Kurilsk şəhərindən 7 km şimal-qərbdə, Vernadski silsiləsinin şimal hissəsində yerləşir.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Tramp bu həftə Rusiyadan cavab gözləyir
- Rusiyadan Yaponiyaya qəti etiraz
- Rejissor Ruslan Şahmalıyev vəfat edib
- Rusiya sərhədlərin delimitasiyası üzrə təcrübəsini Azərbaycan və Ermənistanla bölüşməyə hazırdır
- Azərbaycana gətirilən məhsulların uyğunsuzluğu ilə bağlı 4 ölkəyə xəbərdarlıq məktubu ünvanlanıb