"Tomb Raider" franşizinin baş qəhrəmanı "Lara Kroft" Ginnesin Rekordlar Kitabında iki dünya rekordu müəyyənləşdirib.
Oxu.Az bu barədə Dtf.ru-ya istinadən xəbər verir.
Belə ki, "Lara Kroft" videooyunların tarixində ən çox satılan qadın personajı olub. 1996-cı ildən bəri sözügedən personajın 100 milyondan çox surəti satılıb.
Bundan başqa, o, jurnalların üz qabığında görünmə sayı üzrə oyun personajları arasında rekordçu olub. "Lara Kroft" indiyədək 2 300 jurnalın üz qabığını bəzəyib.