Yanvarın 1-dən Latviyanın pul vahidi lat vahid avropa valyutası olan avro ilə əvəz olunur.
Oxu.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bu barədə BNS agentliyi məlumat yayıb.
Ölkədə iki həftə hər iki valyuta-avro və lat birlikdə işləyəcək. Lakin yanvarın 1-dən nəğdsiz ödənişlər yalnız avro ilə aparılacaq. Latviyada birinci yarımildə kommersiya bankları latı avroya əlavə haqq ödənilmədən çevirəcək.
Ölkə rəhbərliyi bu hadisəni təntənəli şəkildə qeyd etmək niyyətindədir.
Bu münasibətlə Latviyanın və Estoniyanın baş nazirləri Riqanın mərkəzindəki bankomatdan nəğd şəkildə ilk avro bankomatlarını çıxaracaqlar.