Latviya qanunsuz miqrantların axınını azaltmaq üçün Rusiya ilə sərhədini möhkəmlətməlidir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Rixard Kozlovskis deyib.
“Dörd il və 17 milyon avro — Rusiya ilə sərhəddə divarın ucaldılması üçün Latviyaya bu qədər vaxt və pul lazımdır”, — nazir deyib. Onun sözlərinə görə, yeni büdcə hazırlanarkən qeyd olunan məbləğ nəzərə alınmalıdır.
Latviyanın DİN rəhbəri bu cür addımların atılmasını Orta Asiya və Yaxın Şərq ölkələrindən qeyri-leqal miqrantların axınının artması ilə əlaqələndirib.