Lissabonun “Sportinq” klubunun hücumçusu İslam Slimani bazar günü Portuqaliya Superkobukonda “Benfika” üzərəndəki qələbədən sonra (1:0) üstünə şampan tökən öz komanda yoldaşı Marsel Buka hirslənib.
Oxu.Az xəbər verir ki, əslən əlcəzairli olan müsəlman futbolçu ehtiyat oyunçular skamyasına qaçaraq su götürüb və öz üzərindən spirti yuyub.
Qeyd olunur ki, Slimani dindar müsəlman olaraq spirtli içikini heç bir halda qəbul etmir.