Latviyanın xarici işlər naziri Krişyanis Karinş rusiyalı diplomatlardan birini persona non-qrata elan etmək qərarına gəlib.
Bu barədə onun nazirliyin rəsmi saytında dərc olunan bəyanatında bildirilir.
“Latviya Respublikasının Xarici İşlər Naziri Rusiya səfirliyinin diplomatlarından birini persona non-qrata elan etmək qərarına gəlib. Rusiya diplomatı aprelin 10-na qədər Latviyanı tərk etməlidir”, - bəyanatda deyilir.
Mənbə: TASS
Rəylər