Dünyanın müxtəlif ölkələrinin dollardan imtina etməsi ABŞ-ın zəifləməsinə səbəb olacaq.
Oxu.Az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Mübadilə zamanı dollardan imtina edilməsi ideyası Çinlə əlaqələrdə istifadə edilir. Dünyanın bəzi ölkələri bu yoldan istifadə etsə, ABŞ kifayət qədər zəifləyəcək”.
Xatırladaq ki, sentyabrın 14-də Rusiyanın nəhəng dövlət banklarından birinin rəhbəri Andrey Kostin ABŞ-ın Rusiya banklarına dolları qadağan etməsi vəziyyətində bütün valyuta mübadilələrini rubl ilə etməsini təklif edib.