Moskva hesab edir ki, Ukraynadakı parlament seçkiləri baş tutub və onların nəticələrini tanımağa hazırdır, Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Belə görünür ki, seçkilər bütün Ukrayna ərazisində keçirilməsə də, baş tutmuş sayıla bilər. Düşünürəm ki, biz bu seçkiləri tanıyacağıq, çünki bizə Ukraynanın ərazisində bir-biri ilə mübarizə, ölkəni ya Şərqə, ya Qərbə çəkməklə deyil, qarşıda dayanan real problemlərlə məşğul olan hakimiyyətin olması çox vacibdir”, - deyə, nazir Life News telekanalının efirində bildirib.
A.İ.
www.oxu.az