Rusiya XİN rəhbəri prezidentlik ambisiyalarının olmadığını deyib.
Oxu.Az xəbər verir ki, bu barədə o, “Komsomolskaya pravda”ya verdiyi müsahibəsində Rusiya prezidenti olmaq istərdimi sualına cavab verərkən bildirib.
“Mən hazırda öz yerimdəyəm”, - nazir deyib.
Peşəkar fəaliyyətində gələcək planlarından danışarkən Lavrov vurğulayıb ki, həyatında heç zaman plan qurmayıb.
“Hər şey öz axarı ilə gedib”, - Rusiya XİN rəhbəri bildirib.