Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva və Avropa İttifaqı arasında münasibətlərin normal axara qayıdacağına əmindir, Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir.
“Biz Avropanı itirə bilmərik. Rusiyasız Avropa, Avropa deyil, Rusiya dəfələrlə Avropanı onun özündən xilas edib... Biz hər kəs ilə dialoqu dəstəkləməyə hazırıq. Əlaqələr yüksək səviyyədə də həyata keçirilir”, - deyə, o, “Rossiya” telekanalının efirində yayımlanan “Voskresnı veçer” (“Bazar axşamı”) verilişində bildirib.
Nazir qeyd edib ki, Rusiya vətəndaşlarını sanksiyalarla qorxutmaq olmaz, hazırkı iqtisadi vəziyyət isə bütün ölkə iqtisadiyyatının müasirləşdirilməsinə aparır.
“Biz alçalmamışıq və alçalmayacağıq da. Sanksiyaları tətbiq edib düşünüəndə ki, bir neçə ay, yarım il – bir il və ruslar sınacaqlar – bunu düşünmək üçün tamamilə sadəlövh olmaq lazımdır”, - deyə, XİN rəhbəri vurğulayıb.