Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Lavrov: "Sazişin imzalanması zamanı Zelenskinin legitimliyi prinsipial əhəmiyyət kəsb edəcək"
"Ukrayna ilə sülh sazişinin imzalanması zamanı Volodimir Zelenskinin legitimliyi məsələsi prinsipial əhəmiyyət kəsb edəcək".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yüksəksəviyyəli konfransda çıxışı zamanı bununla bağlı əminliyini ifadə edib.
"İmzalanma məqamına gəldikdə, legitimlik məsələsi həlledici olacaq. Çünki legitimliyinə, yumşaq şəkildə desək, artıq heç kimin inanmadığı adamlar imzalasalar, bu halda onları əvəz edənlər əldə edilmiş razılaşmanı şübhə altına ala bilərlər", - deyə Lavrov bildirib.
Eyni zamanda, diplomat diqqəti ona yönəldib ki, Rusiya Prezidenti Vladimir Putin Volodimir Zelenskinin legitimlik dərəcəsi ilə bağlı qiymətləndirməsini çox aydın şəkildə ifadə edib.
"Lakin o, həmçinin vurğulayıb ki, biz hamıya uyğun olan nizamlanma prinsiplərini razılaşdırmaq üçün onunla və onun administrasiyası ilə əlaqə saxlamaqdan, onsuz da, imtina etmirik", - deyə Sergey Lavrov qeyd edib.
"Sergey Lavrov" teqi üzrə xəbərlər
- Lavrov Rusiya vətəndaşlarının İrandan təxliyəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib
- Lavrov: "Rusiya və Ukrayna irəliləyiş əldə edirlər"
- İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
- Lavrov və Fidan İstanbulda Rusiya-Ukrayna danışıqlarına hazırlığı müzakirə ediblər
- Ukraynanın nizamlanma memorandumunun təfərrüatları açıqlanıb