Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Lavrov: "Türkiyə ordusunu Suriyadan çıxarmağı sonraya saxlamağı təklif edir"
Türkiyə və Suriya hökuməti dialoqun bərpasına ciddi maraq göstərir. Rusiya bu danışıqların yenidən başlanmasına fəal şəkildə töhfə verəcək.
Oxu.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin "Hürriyet" qəzetinə müsahibəsində deyib.
Rusiyalı nazir qeyd edib ki, Dəməşq və Ankaranın mövqelərində əvvəllər aşkar edilmiş fikir ayrılıqları danışıqlar prosesində fasiləyə səbəb olub.
"Suriya hökuməti israr edir ki, ilk növbədə Türkiyə hərbi kontingentinin ölkə ərazisindən çıxarılması barədə qərar qəbul etmək lazımdır. Türkiyədə, prinsipcə, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyirlər, lakin öz ordusunun ölkədən getməsi məsələsinə daha sonra qayıtmağı təklif edirlər", - deyə rusiyalı diplomat vurğulayıb.
S.Lavrov, həmçinin vurğulayıb ki, Suriya-Türkiyə arasında münasibətlərin normallaşması Suriyadakı vəziyyətin sabitləşməsi və Yaxın Şərqdə təhlükəsizliyin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
"Suriya" teqi üzrə xəbərlər
- Suriyada keçid hökumətinin döyüşçüləri pusquya düşərək həlak oldular
- İsrail Türkiyə ilə bağlı arzusuna çatır - Yaxın Şərqdə yeni konfiqurasiya
- Suriyada silahlı qruplaşmalar Müdafiə Nazirliyinə qoşulurlar
- Suriyada Milad bayramı tətil günləri olacaq
- Ankara ilə Dəməşq PKK və İŞİD-ə qarşı birgə hərbi əməliyyatlar keçirməyə hazırlaşır
Rəylər