Rusiya xaricİ işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.
“Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Sergey Lavrov və Con Kerri həmçinin Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.