"Ukraynanın neytral, blokdankənar və nüvəsiz statusu Rusiyanın əsas tələblərindən biridir və münaqişənin nizamlanmasının istənilən formasında təmin edilməlidir".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov təhlükəsizlik məsələləri üzrə yüksəksəviyyəli nümayəndələrin beynəlxalq toplantısında deyib.
Nazir qeyd edib ki, Ukraynanın Müstəqillik Bəyannaməsində elan edilmiş neytral, blokdankənar və nüvəsiz statusu ilə bağlı öhdəlik bütün dövrlərdə Ukraynanın həm Rusiya Federasiyası, həm də beynəlxalq birliyin bütün digər üzvləri tərəfindən müstəqil dövlət kimi tanınmasına imkan yaradıb.
"Verilən bu vədə qayıdılması Rusiyanın əsas tələblərindən biridir və 2022-ci ilin aprelində İstanbulda danışıqlarda nəzərdə tutulduğu kimi, istənilən nizamlanma çərçivəsində yerinə yetirilməlidir", - deyə Lavrov qeyd edib.